Akademiya
28 October 202616:15

U-17 komandamızdan möhtəşəm geridönüş

U-17 komandamızdan möhtəşəm geridönüş

“Neftçi” U-17 Liqasında növbəti oyununu keçirib. Baş məşqçi Elvin Məmmədovun yetirmələri 9-cu turda “Sabah”a 2:1 hesabı ilə qalib gəliblər. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda hesabı rəqib açsa da, komandamız iki dəfə fərqlənməyi bacarıb. Habil Süleymanov dubla imza atıb.

Qeyd edək ki, “Neftçi” 7 oyundan sonra 12 xal toplayıb.