Gənclər Liqası: “Sabah” üzərində böyükhesablı qələbə ilə zirvədə

“Neftçi” Gənclər Liqasında “Sabah”la qarşılaşıb. “Ağ-qaralar” 3-cü turdan təxirə salınmış oyunda rəqib qapısından 3 cavabsız top keçirib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qollara Əliyar Haqverdizadə, Kamran İsmayılov və Altun Xancanlı imza atıblar.
Bununla da 4 oyunda 10 xal toplayan “Neftçi” turnir cədvəlinin zirvəsinə yüksəlib.


















