Akademiya
21 October 202616:05

“Neftçi”nin 6 üzvü FIFA U-15 Dünya Çempionatı və Festivalında

“Neftçi”nin 6 üzvü FIFA U-15 Dünya Çempionatı və Festivalında

Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Milliyə ən çox futbolçu “Neftçi”dən dəvət olunub. Bunlar “ağ-qaralar”ın 6 üzvü – Emil Quliyev, Əkbər Nağıyev, Kənan Əzimov, Qafar Babayev, Said Bayramov və Sübhan Əlizadədir.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-ü saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək. Milli komandamız oktyabrın 25-i saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq. Oktyabrın 26-sı saat 11:30-da İsrail, 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Qeyd edək ki, 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.