Akademiya
30 September 202623:50

U-15 komandamız “Sabahın ulduzları”nın gümüş medallarını qazandı

U-15 komandamız “Sabahın ulduzları”nın gümüş medallarını qazandı

15 yaşadək futbolçular arasında “Sabahın ulduzları” turnirinin final oyunu keçirilib. “Bayıl Arena”da baş tutan həlledici matçda “Neftçi” “Ulduz”la qarşılaşıb. Görüş “ağ-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Komandamızın qolunu Onur Əmirzadə vurub.

Bununla da yarışı 2-ci yerdə başa vuran “Neftçi”yə gümüş medallar təqdim olunub.

Qeyd edək ki, turnirin ilk  mərhələsində qarşılaşdığı 11 rəqibdən 10-na qalib gələn baş məşqçi Vaqif Əliyevin yetirmələri yarımfinalda EFA-nı məğlub etmişdi.