A Komanda
2 November 202615:53

“Neftçi”də bərpa məşqi

“Neftçi”də bərpa məşqi

“Neftçi” bərpa məşqi edib. Dünən “Şamaxı” ilə səfər matçından qalib ayrılan komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində bərpa prosesini yerinə yetiriblər.

Qeyd edək ki, “ağ-qaralar” növbəti oyununu “Kəpəz”ə qarşı keçirəcək. Misli Premyer Liqasının 11-ci tur matçı “Palms Sports Arena”da baş tutacaq və noyabrın 6-sı saat 20:00-da start götürəcək.