Yuri Vernidub: “Futbolçulara demişdim ki, burada xal itirməməliyik”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Şamaxı” klubu ilə 10-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Fikrimcə, yaxşı oyun oldu. Bilirdik ki, “Şamaxı” heç də asan rəqib deyil və 3 xal qazanmaqdan ötrü çox çalışmalıyıq. İlk dəqiqələrdə meydan sahibləri ciddi hücumlar qurmuşdu. Buna baxmayaraq, qısa zamanda özümüzü toparlayıb standart vəziyyətdən fərqləndik. Fasiləyə heç-heçə ilə yollandıq deyə, oyunçulara dedik ki, ikinci hissədə təzyiqi bir az da artırmaq lazımdır. Futbolçulara demişdim ki, burada xal itirməməliyik. Onlar tapşırığın öhdəsindən layiqincə gəldilər. Ümumiyyətlə, ikinci hissədəki oyunumuz xoşuma gəldi. Üstəlik, sonradan meydana daxil olanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əsas odur ki, qalib gəldik. Yolumuza davam edirik. Azarkeşlərimizə çox təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Buna görə də onların qarşısında baş əyirəm”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:






