A Komanda
1 November 202617:10

Şamaxıda qələbə qazanıb liderliyə yüksəldik

Şamaxıda qələbə qazanıb liderliyə yüksəldik

“Neftçi” Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” klubu ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda baş tutan matçda komandamız 3:2 hesabı ilə qalib gəlib. “Ağ-qaralar”ın qollarını Qustavo Klisman (14-cü dəqiqə), Breno Almeyda (49-cu dəqiqə) və Adeleke Akinyemi (75-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Abdullahi Şuaybu (24-cü dəqiqə) və Ayman Bouali (64-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 21 xalla turnir cədvəlində 1-ci pilləyə yüksəlib.