A Komanda
31 October 202617:13

Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq

Oyunöncəsi son məşqdən sonra Şamaxıya yollandıq

Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağımız “Şamaxı” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. “Ağ-qaralar” hazırlıq prosesindən sonra səfərə yollanıblar.

Futbolçumuz İqor Ribeyro cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, noyabrın 1-də Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.