Qustavo Klisman sentyabrın ən yaxşı qolunun müəllifidir

Futbolçumuz Qustavo Klisman “Ayın qolu” layihəsi çərçivəsində sentyabr ayının ən yaxşı qolunun müəllifi seçilib. Braziliyalı futbolçu “Şamaxı” – “Neftçi” oyunundan əvvəl mükafatlandırılıb. Mükafatı ona PFL-in prezidenti Elxan Səmədov təqdim edib.
Qeyd edək ki, Klisman sentyabrın 11-də Yevlax şəhər stadionunda keçirilmiş “İmişli” – “Neftçi” matçının (2:3) 80-ci dəqiqəsində komandamızın qələbə qolunu vurmuşdu.





