Namik Ələskərovla müqavilənin müddəti artırıldı

28 iyul 2020, 12:15

“Neftçi” PFK Namik Ələskərovla müqavilənin müddətini uzadıb. 25 yaşlı yarımmüdafiəçi ilə qarşıdan gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Qeyd edək ki, Namik Ələskərov “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qola imza atıb.