“Neftçi” – “Qəbələ” matçının vaxtı dəyişdirildi
“Neftçi”nin “Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də baş tutacaq. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. “Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.
Tövsiyə olunur
-
“Qarabağ”la oyuna hazırlıq davam edir
A Komanda 2 may 2024, 14:02 -
“Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi
A Komanda 30 aprel 2024, 11:20 -
Miodraq Bojoviç “Turan Tovuz” üzərindəki qələbəni şərh etdi
A Komanda 28 aprel 2024, 21:16 -
“Neftçi”dən böyükhesablı qələbə!
A Komanda 28 aprel 2024, 21:10