“Neftçi” COVİD-19 testi verib

15 may 2020, 20:26

“Neftçi” PFK-nın kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib. Təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb.  Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.

Qeyd edək ki, “Neftçi” PFK-nın bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.