6 futbolçumuz milli komandalarda!
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Oktyabrın 24-dən 26-dək Bakıda, ayın 27-dən noyabrın 1-dək isə Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq toplanışa “Neftçi”nin 3 üzvü – Röyal Fərzullazadə, Əli Nəbizadə və Murad Mustafayev dəvət olunub.
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası isə oktyabrın 23-dən noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək. Milliyə “Neftçi”dən müdafiəçi Ruslan Quliyev dəvət alıb. U-15 toplanış zamanı Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə oktyabrın 28-də və 31-də yoldaşlıq oyunu keçirəcək. Türkiyənin U-15 yığması isə oktyabrın 26-dan noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.
17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təlim-məşq toplanışına başlayıb. Oktyabrın 27-dən noyabrın 2-dək Lüksemburqda Avropa çempionatının I seçmə mərhələsində iştirak edəcək milliyə “Neftçi”nin 2 üzvü – Ayşən Salamzadə və Səma Əsədova dəvət alıb.
Qeyd edək ki, Ayşən Salamzadə əsas millinin oktyabrın 25-də Portuqaliya yığmasına qarşı keçirəcəyi Avropa çempionatının pley-off mərhələsinin ilk oyunundan sonra U-17-nin düşərgəsinə qoşulacaq. U-17 millimiz oktyabrın 30-da Serbiya, noyabrın 2-də isə Lüksemburq yığması ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
Akademiya komandalarımız üçün seminar keçirilib
Akademiya 2 dekabr 2024, 17:19 -
5 futbolçumuz U-18 milli komandasında!
Akademiya 25 noyabr 2024, 19:33 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 18 noyabr 2024, 17:32 -
2 futbolçumuz İslandiya, İrlandiya və Moldovaya qarşı
Akademiya 6 noyabr 2024, 13:15