"Neftçi" PFK GESCO ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

18 oktyabr 2024, 17:05

Ölkəmizin aparıcı mühafizə xidməti şirkəti olan GESCO "Neftçi" PFK-nın 2024/25-ci illər mövsümü üçün mühafizə xidmətləri sponsoru olacaq. Bir mövsümlük razılaşmaya əsasən, GESCO klubumuzun stadionunda və təlim-məşq bazasında təhlükəsizlik xidmətlərini təmin edəcək.

2005-ci ildən fəaliyyət göstərən GESCO müasir texnologiyalardan istifadə edərək ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatlarına uyğun xidmət göstərən şirkət olaraq tanınır. Şirkət ölkəmizin müxtəlif bölgələrində 3000-dən çox peşəkar heyətlə 500-dən artıq layihədə mühafizə xidmətlərini müvəffəqiyyətlə təşkil edir.

GESCO geniş təcrübəsi, yerli və beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti ilə "Neftçi" PFK-nın təhlükəsizlik ehtiyaclarını qarşılayacaq. Əməkdaşlıq hər iki tərəf üçün xeyirli olsun.

Təhlükəsizliyimizdə əmin addımlarla irəliləyirik!