Lebon və Kuç milli komandalarda!
“Neftçi” PFK-nın daha iki futbolçusu milli komandalardan dəvət alıb. Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.
Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək. Kuç isə Monteneqro millisi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, ayın 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.