Təşəkkürlər, Roman Qriqorçuk
7 oktyabr 2024, 19:58
“Neftçi” PFK və baş məşqçi Roman Qriqorçuk arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır.