“Kəpəz”lə oyuna hazırlıq davam edir

1 oktyabr 2024, 21:00

“Neftçi” Misli Premyer Liqasının 9-cu turunda qarşılaşacağı “Kəpəz” klubu ilə oyunun hazırlığını davam etdirir. "Sumqayıt"la matçın ertəsi bərpa məşqi edən komandamız növbəti gündən Gəncə təmsilçisi ilə oyuna hazırlaşır. “Neftçi” Futbol Mərkəzində keçirilən bugünkü məşqdə əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, oktyabrın 4-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” matçı saat 17:00-da başlanacaq.