“Neftçi-2”dən ardıcıl 3-cü qələbə!

21 sentyabr 2024, 19:30

“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. “Ağ-qaralar” 7-ci turda “Qarabağ-2”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu “Neftçi” Futbol Mərkəzində keçirilən matçın 22-ci dəqiqəsində Murad Məmmədov vurub.

Qeyd edək ki, “Neftçi-2” 7 oyundan sonra 16 xalla turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Bir oyun az keçirmiş “Turan Tovuz-2” 15 xalla 2-cidir.