“Neftçi-2”dən növbəti qələbə!

16 sentyabr 2024, 20:15

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 6-cı turda “Zirə-2”yə 3:1 hesabı ilə qalib gəlib. “Neftçi” Futbol Mərkəzində keçirilən oyunda komandamızın qollarını Nurlan Musayev (43-cü dəqiqə), İbrahim Novruzov (64-cü dəqiqə) və Həbib İsmayılov (90+4-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə Vüsal Əliyev (69-cu dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 6 oyundan sonra 13 xalla turnir cədvəlində 2-ci yeri tutur.