“Neftçi” ÇL-də ilk oyununu keçirib
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının birinci mərhələsində bu gün ilk oyununu keçirib. Baş məşqçi Siyasət Əsgərovun yetirmələri Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb. Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan matç “ağ-qaralar”ın 0:5 hesablı məğlubiyyəti ilə nəticələnib.
Bununla da ikinci mərhələyə adlamaq şansını itirən “Neftçi” ilk mərhələdə 3-cü yer uğrunda oyuna çıxacaq. Sentyabrın 7-də rəqib Albaniyanın “Vlajniya” klubuna 0:3 hesabı ilə uduzan Gürcüstan “Lançxuti”si olacaq.
Tövsiyə olunur
-
Qadınlardan ibarət komandamız üçün seminar keçirilib
Klub 15 noyabr 2024, 12:46 -
Zəfər Günümüz mübarək!
Klub 8 noyabr 2024, 00:00 -
“Esports Events Azerbaijan” və “Neftçi” PFK əməkdaşlığını elan edirik!
Klub 30 oktyabr 2024, 16:08 -
“D’S damat” “Neftçi” PFK-nın rəsmi moda sponsoru oldu!
Klub 23 oktyabr 2024, 16:25