“Neftçi” “Sabah”a məğlub oldu

18 avqust 2024, 22:28

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib . “Ağ-qaralar” 3-cü turda “Sabah”a 0:2 hesabı ilə məğlub olub. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda qolları Amin Seydiyev (54-cü dəqiqə) və Coy Lens Mikels (76-cı dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 3 oyundan sonra 2 xal toplayıb.