3 futbolçumuz U-19 milli komandasında!

26 may 2024, 14:19

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. İyunun 3-dən 11-dək isə Moldovanın Tiraspol şəhərində Moldova U-19, Qazaxıstan U-19 və Türkiyə U-20 yığma komandalarının da qatılacağı yoldaşlıq turnirində iştirak edəcək milliyə “Neftçi” PFK-nın 3 üzvü – Nicat Qaragözlü, Surxay Nəbiyev və Murad Məmmədov dəvət alıb.