Əvəzedicilərimizdən növbəti böyükhesablı qələbə

11 may 2024, 19:17

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti böyükhesablı qələbəsini qazanıb. Baş məşqçi Rəşad Abdullayevin komandası 34-cü turda “Kəpəz-2”ni 8:1 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda Həbib İsmayılov pokerə imza atıb. Digər qollarımızı Cavanşir Şahbazlı, Murad Məmmədov, Aşqin Abazərov və Elcan Əbilov vurublar. “Kəpəz-2”dən isə Amur Yusifov fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” sona 2 tur qalmış 83 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.