“Neftçi” PFK-nın bəyanatı
Bu gün “Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi.
“Neftçi” PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir. Eyni zamanda, klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir.
Hazırda Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan “Neftçi” PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır.