“Neftçi” Konfrans Liqasında mübarizəni dayandırdı

18 avqust 2023, 00:44

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində cavab matçına çıxıb. “Ağ-qaralar” Türkiyənin “Beşiktaş” klubuna məğlub olub – 1:2. “Beşiktaş” stadionunda baş tutan görüşün 36-cı dəqiqəsində Emin Mahmudovun qolu ilə komandamız hesabı açsa da, İstanbul təmsilçisi fasilədən sonra həm hesabı bərabərləşdirməyi, həm də qələbə qolunu vurmağı bacarıb. 57-ci dəqiqədə Vinsent Abubakar, 71-ci dəqiqədə isə Cekson Muleka fərqlənib.

Qeyd edək ki, “Beşiktaş”la “Neftçi Arena”da keçirilmiş ilk oyunda da uduzan (1:3) “Neftçi” Konfrans Liqasında mübarizəni dayandırıb.