Gənclər Liqasında əzmkar heç-heçə
“Neftçi” Gənclər Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 41-ci turda “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən matçda meydan sahibləri iki dəfə hesabda irəli çıxsalar da, komandamız hər iki halda bərabərlik qolunu vurmağı bacarıb – 2:2. “Neftçi”nin heyətində Murad Məmmədov və Aslan Şirinov fərqləniblər.
Qeyd edək ki, 38 oyundan 85 xal toplayan “Neftçi” 2-ci yeri tutur.