“Neftçi-2” mövsümü qələbə ilə başa vurdu

23 may 2023, 18:57

“Neftçi-2” I Divizionda bu mövsüm son oyununu keçirib. Əvəzedicilərimiz 30-cu turda MOİK-ə 4:2 hesabı ilə qalib gəlib. Binə qəsəbə stadionunda baş tutan matçda Elşad Tağıyev dubla imza atıb. “Ağ-qaralar”ın digər qollarını Seymur Əliyev və Aşqin Abazərov vurublar. Rəqibin heyətində isə Tural Axverdiyev və İlham Allahverdiyev fərqlənib.

Qeyd edək ki, 28 oyundan 59 xal toplayan “Neftçi-2” mövsümü 2-ci pillədə başa vurub.