“Şamaxı” ilə oyun Əliyar Ağayevə həvalə olundu

14 may 2023, 14:19

Premyer Liqada 34-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Şamaxı” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Əsgər Əmirəliyev, VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Vüsal Məmmədov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Şamaxı” oyunu mayın 14-ü saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.