“Neftçi” “Qarabağ”a məğlub oldu
“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 32-ci turda “Qarabağ”la qarşılaşıb. “Bakcell Arena”da keçirilən matçda komandamız məğlub olub - 2:4. Voislav Stankoviçin 31-ci dəqiqədə qırmızı vərəqə aldığı matçda "Neftçi"nin qollarını 40-cı dəqiqədə Mateus Saldanya, 64-cü dəqiqədə Emin Mahmudov vurub. Rəqibin heyətində Ramil Şeydayev (10-cu dəqiqə), Leandro Andrade (16-cı dəqiqə) və Abdullah Zubir (80-ci dəqiqə) fərqlənib. 54-cü dəqiqədə isə Saldanya avtoqol müəllifi olub.
Qeyd edək ki, “Neftçi” 32 oyundan 61 xalla turnir cədvəlində 3-cü yeri tutur.
Tövsiyə olunur
-
“Qarabağ”la oyuna hazırlıq davam edir
A Komanda 2 may 2024, 14:02 -
“Qarabağ” – “Neftçi” matçının məkanı dəyişdirildi
A Komanda 30 aprel 2024, 11:20 -
Miodraq Bojoviç “Turan Tovuz” üzərindəki qələbəni şərh etdi
A Komanda 28 aprel 2024, 21:16 -
“Neftçi”dən böyükhesablı qələbə!
A Komanda 28 aprel 2024, 21:10