3 futbolçumuz U-17 millisində

19 mart 2023, 19:43

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. Martın 20-dən 28-dək keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Həsən Mahmudov, Sadiq Məmmədli və Amin Muradov dəvət alıb.