“Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət aldı

17 mart 2023, 20:31

“Neftçi” PFK-nın müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub. 31 yaşlı futbolçu martın 25-də Monqolustanla yoldaşlıq görüşünə, 28-də isə Norveçlə AVRO-2024-ün seçmə mərhələ matçına çağırılıb.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 47 oyun keçirib.