2 futbolçumuz Şimali Makedoniya yığmasına qarşı

17 mart 2023, 16:10

Martın 24-də və 27-də Şimali Makedoniya yığması ilə qarşılaşacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Hazırlıq məqsədilə martın 20-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçirəcək milliyə “Neftçi” PFK-nın 2 üzvü – Aslan Şirinov və Murad Məmmədov dəvət olunub.