“Neftçi”nin 4 üzvü U-18 milli komandasında

13 mart 2023, 13:00

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün təlim-məşq toplanışına başlayır. Martın 18-dək Bakıda keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Nicat Qaragözlü, Surxay Nəbiyev, Taleh Mahmudzadə və Rəvan Səfərli dəvət olunublar.