“Neftçi”nin yetirməsi icarəyə verildi

7 mart 2023, 15:00

“Neftçi” PFK futbolçu Ramin Nəsirlini icarəyə verib. Anlaşmaya əsasən, “Neftçi”nin yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.