“Neftçi-2” Lökbatanda uduzdu

14 fevral 2023, 16:21

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 17-ci turda “Qaradağ Lökbatan”ın qonağı olub. Lökbatan OİK stadionunda baş tutan matçda “ağ-qaralar” məğlub olub – 0:1. Yeganə qolu görüşün 43-cü dəqiqəsində Sabir Allahquliyev vurub.

Qeyd edək ki, “Neftçi-2” 16 oyundan 31 xalla turnir cədvəlində 3-cü yeri tutur.