![](https://neftchi.az/uploads/news/neftciden-ardicil-ikinci-qelebe-2023-02-05-211723.jpg)
“Neftçi”dən ardıcıl ikinci qələbə
“Neftçi” ardıcıl ikinci qələbəsini qazanıb. Komandamız Premyer Liqanın 21-ci turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”da baş tutan matçda qollara Solomon Kvirkveliya (54-cü dəqiqə) və Mateus Saldanya (64-cü dəqiqə) imza atıblar.
Qeyd edək ki, keçən tur "Zirə"yə qalib gələn “Neftçi” 21 oyundan 44 xalla turnir cədvəlində 3-cü yeri tutur.