5 futbolçumuz Türkiyəyə yollanır

3 fevral 2023, 13:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Fevralın 4-dən 12-dək isə Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 5 üzvü – Ömər Qurbanov, Rüfət Abbasov, Murad Məmmədov, Aslan Şirinov və Lətif Rzayev dəvət olunublar. Hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək millimiz fevralın 6-da Tacikistanın, 8-də və 11-də isə Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandası ilə qarşılaşacaq.