“Neftçi” “Qarabağ”a qalib gəldi

2 fevral 2023, 17:29

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 21-ci turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Binə stadionunda baş tutan matçda qolları İbrahim Piriyev və Vüqar Əlizadə vurublar.

Qeyd edək ki, “Neftçi” 19 oyundan 47 xalla 2-ci yeri tutur.