Braziliyalı hücumçu “Neftçi”də

26 yanvar 2023, 17:30

“Neftçi” hücumçu Mateus Saldanyanı transfer edib. Braziliyalı futbolçu ilə 1 il müddətinə icarə müqaviləsi bağlanıb. 23 yaşlı forvard komandamızın heyətində 9 nömrəli formanı geyinəcək.

Yaponiyanın “JEF Yunayted Çiba” (2021-...) klubuna məxsus olan Mateus Saldanya bunadək Braziliya “Bahia”sı (2020-2022) və icarə əsasında Çin “Çendu Sinçen”ində (2022) çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.