Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlanıb

11 yanvar 2023, 15:30

“Neftçi” PFK Portuqaliyanın “Arouka” klubu ilə futbolçumuz Yusuf Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlayıb. Nigeriyalı yarımmüdafiəçi bu gün komandamızın düşərgəsindən ayrılaraq Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.