“Neftçi” ilk yoxlama oyununda heç-heçə etdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız Macarıstanın “Vaşaş” klubu ilə qarşılaşıb. “Gloria Golf Club”ın stadionunda baş tutan görüş heç-heçə nəticələnib – 1:1. Matçın 24-cü dəqiqəsində Kenni Sayef hesabı açsa da, 67-ci dəqiqədə rəqib futbolçu David Zimonyi bərabərlik qolunu vurub.
Qeyd edək ki, Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan komandamız qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 18 aprel 2024, 14:28 -
Miodraq Bojoviç “Araz-Naxçıvan” üzərində qələbəni şərh etdi
A Komanda 13 aprel 2024, 22:57 -
“Neftçi”dən böyükhesablı qələbə
A Komanda 13 aprel 2024, 22:30 -
“Neftçi” – “Araz-Naxçıvan” matçını Əliyar Ağayev idarə edəcək
A Komanda 13 aprel 2024, 15:18