“Neftçi” Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnirin qalibi oldu
U-9 komandamız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnirin qalibi olub. Gənclər və İdman Nazirliyinin, Respublika Olimpiya Futbol Məktəbinin və “Amasiya” İdman Kompleksinin təşkilatçılığı ilə 2014-2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın final matçında baş məşqçi İslam Kərimovun yetirmələri “Amasiya”nı 5:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb. Komandamızın qollarından ikisini Rauf Rəhimov, hərəyə birini isə Xəlil Daniyal, Murad Qurbanlı və Mirəli Ağalarov vurublar.
Turnirdə 3-cü yeri “Zəngəzur”a 3:1 hesabı ilə qalib gələn ROFM tutub. 12 qolun müəllifi olan Rauf Rəhimov turnirin ən yaxşı futbolçusu, Emin Hacızadə isə ən yaxşı qapıçısı seçilib. Kubok və medalları mükafatçılara veteran futbolçular təqdim ediblər.
Qeyd edək ki, “Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 6 komandanın mübarizə apardığı turnirdə “Neftçi” qrup qalibi kimi finala vəsiqə qazanmışdı.
Tövsiyə olunur
-
3 futbolçumuz U-17 milli komandasında!
Akademiya 15 aprel 2024, 16:45 -
“Neftçi”nin 6 üzvü Latviyaya yollanacaq
Akademiya 13 mart 2024, 16:23 -
U-11 və U-12 komandalarımız “Aspire”də təcrübə keçəcəklər
Akademiya 29 fevral 2024, 17:47 -
“Neftçi” Futbol Akademiyasında seleksiya məşqləri olacaq
Akademiya 4 yanvar 2024, 14:00