Gənclər Liqasında ilk məğlubiyyət

22 dekabr 2022, 17:16

“Neftçi” Gənclər Liqasında bu mövsüm ilk məğlubiyyətini alıb. “Ağ-qaralar” “ASK Arena”da keçirilən 17-ci tur matçında “Sabah”a uduzub – 0:3.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, “Neftçi” 16 oyundan 41 xalla 1-ci yeri tutur.