“Zirə” ilə cavab matçına Rauf Cabarov təyin olundu

20 dekabr 2022, 14:07

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” oyununun baş hakimi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Aslan Şahgəldiyev, VAR hakimi Elçin Məsiyev, VAR hakiminin köməkçisi Rəşad Əhmədov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək.