Mamadu Mbodja təşəkkür edirik

19 dekabr 2022, 18:00

“Neftçi” PFK müdafiəçi Mamadu Mbodjla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 29 yaşlı seneqallı futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.