Gənclər Liqasında ardıcıl 5-ci qələbə

15 dekabr 2022, 16:40

“Neftçi” Gənclər Liqasında ardıcıl 5-ci dəfə qələbə qazanıb. “Ağ-qaralar” 16-cı turda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan oyunda Bəhruz Qurbanlı dubla imza atıb. Komandamızın digər qolunu Ağasi Babayev vurub.

Qeyd edək ki, “Neftçi” 15 oyundan 41 xalla 1-ci yeri tutur.