“Neftçi” Tovuzda qələbə qazandı

15 dekabr 2022, 17:26

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 17-ci turda “Turan Tovuz” klubunu 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna Tovuz şəhər stadionunda keçirilən matçın 73-cü dəqiqəsində penalti zərbəsi ilə Emin Mahmudov imza atıb.

Qeyd edək ki, “Neftçi” 17 oyundan 35 xalla turnir cədvəlində 3-cü yeri tutur.