Oyunöncəsi son məşq Tovuz şəhər stadionunda keçirildi

14 dekabr 2022, 20:35

“Neftçi” Premyer Liqanın 17-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını başa vurub. Komandamızın üzvləri bu gün Tovuz şəhər stadionunda son məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu dekabrın 15-i saat 14:30-da Tovuz şəhər stadionunda keçiriləcək.