“Neftçi”dən ardıcıl 4-cü qələbə

8 dekabr 2022, 16:00

“Neftçi” Gənclər Liqasında ardıcıl 4-cü qələbəsini qazanıb. “Ağ-qaralar” 15-ci turda İCBFA-ya 2:0 hesabı ilə qalib gəlib. Abşeron OİK-də baş tutan oyunda qollara Fərid Səfərli və Vüqar Əlizadə imza atıblar.

Qeyd edək ki, “Neftçi” 14 oyundan 38 xalla 1-ci yeri tutur.