“Neftçi-2” “Qəbələ-2”yə qalib gəldi

5 dekabr 2022, 18:08

“Neftçi-2” I Divizionda növbəti oyununa çıxıb. “Ağ-qaralar” 13-cü turda “Qəbələ-2”ni 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən matçın 15-ci dəqiqəsində Aşqin Abazərov imza atıb.

Qeyd edək ki, “Neftçi-2” 12 oyundan 28 xalla turnir cədvəlində 2-ci yeri tutur.